Sərt karantin rejimi 18 yanvar tarixində uzadılacaq?
“Ölkənin bəzi şəhər və rayonlarında 18 yanvara qədər davam edəcək sərt karantin rejiminin müddəti uzadılmaya bilər”.
“Minval.info” xəbər verir ki, bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyev ”Xəzər Xəbər” açıqlamasında deyib.
Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.
Millət vəkili deyir ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.
Millət vəkili könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin.
Millət vəkili hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
