Sərkisyanı “gəzəyən arvada” bənzətmək sifarişini İrəvandan veriblər?

Rusiyanın yüksək rəhbərliyi erməni həmkarlarına çatdırıb ki, son vaxtlar bu ölkənin kütləvi informasiya vasitələrində translasiya olunan “anti-erməni təbliğatı” heç cür onlarla əlaqəli deyil və Moskvanın mövqeyini əks etdirmir.
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın “Jamanax” qəzeti yazır. Qəzetin yazdığına görə Moskvadan eyham ediblər ki, həmin proqramların sifarişçisini Ermənistan hakimiyyətinin daxilində axtarmaq lazımdır.
Xatırladaq ki, Ermənistanın Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əhatəli əməkdaşlıq razılaşması imzalaması Rusiyanın bəzi KİV-lərində sərt tənqid olunub. NTV telekanalının “Görüş yeri” proqramında isə aparıcı Ermənistan rəhbərliyini “əri ola-ola özünə gənc sevgili tapan qadına” bənzədib. Aydın məsələdir ki, burada “ər” deyiləndə Rusiya nəzərdə tutulurdu.
Bu proqram Ermənistanda möhkəm narazılıq yaradıb. Ötən gün Rusiya Erməniləri İttifaqı da bununla bağlı sərt bəyanat yayıb, “satqın jurnalistləri, bədnam ekspertləri” efirdən yığışdırmağı tələb edib.
Lakin qəzet yazır ki, NTV-dəki proqramı ilə Ermənistanın özündən baş nazir Karapetyan sifariş verə bilərdi. Çünki telekanal 2000-ci ildən “Qazprom”un mülkiyyətindədir. Karapetyan isə “Qazprom”un meneceri işləyib və bu şirkətin rəhbərliyi ilə yaxın əlaqələri var.
Gələn ilin aprelində Sərkisyanın hakimiyyətinin ömrünü uzatmaq üçün Karapetyanı baş nazir postundan uzaqlaşdırıb onun yerini tutacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"