“Səriyyə” filminin qala gecəsi - Fotolar
Nizami Kino Mərkəzində “Səriyyə” filminin qala gecəsi baş tutub.
Minval.info xəbər verir ki, baş rollarında Nəzakət Heydarova, Əlixan Rəcəbov, Günay Əhməd, Niyaz İlyasoğlu, İbrahim Laçın, Nazlı Quliyeva çəkildiyi ekran işi dram-komediya janrındadır.
Film 14 yaşlı qızın ailəsi ilə təhsil uğrunda mübarizədən bəhs edir. Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Əlixan Rəcəbov açıqlamasında “Səriyyə”nin bu ilin avqust-sentyabr ayında ərsəyə gəldiyini bildirib:
“Çox acılı mövzudur. Mənə 2024-cü ildə belə bir film çəkməyimiz çox pis təsir edir. Yaşadığımız dövr ilə baş verən hadisələr fərqlidir. Qadınlara bir növ dəstək olmaq üçün kişiləri tərbiyyə etmək lazımdır.
Filmin aktyor seçimi üçün kastinq elan etmişdik. Amma baş rolun ifaçısı Nəzakətin canlandırdığı “Səriyyə” obrazı artıq ssenari yazılmağa başlayandan təsdiqlənmişdi. Kinoda 8-ci sinifdə oxuyan Səriyyənin toyu və coğrafiya olimpiadası eyni günə təsadüf edir.
“Səriyyə” obrazına həyat verən azyaşlı aktisa Nəzakət Heydərova da fikirlərini bölüşüb:
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
“Biz bu filmdə gənc qızlarımızı bu yaşda təhsilə yönləndirməyə çalışdıq. Səriyyənin ailəsi kimi ailələrə buradan səslənirəm ki, həmyaşıdlarıma təhsil yönləndirmək lazımdır, ərə yox”.
Qeyd edək ki, xronometrajı 80 dəqiqə olan film erkən nikahlarının qarşısının alınması və yeniyetmələri təhsilə cəlb etməkdir. Sözügedən kino paytaxt ilə yanaşı ucqar kəndlərində belə nümayiş olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər