Şənbə gününün hava proqnozu açıqlanıb
Oktyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
ƏLAQƏLİ
Aqil məlikov ürək əməliyyatından sonra ilk dəfə danışdı: "Həyatım yenidən başladı
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
ƏLAQƏLİ
Yanvar, May və Sentyabrda doğulanların sirli dünyası: Xarakterlərindəki gizli məqamlar
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 20-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya və İtaliya arasında yeni tunel layihəsi tamamlanır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı abidəsi tamamlandı
İmamverdi İsmayılovun 'Labirint' əsəri: bədii təxəyyülün gücü
Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır