Şənbə gününün hava proqnozu açıqlanıb
Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında aprelin 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“YAŞAT” Fonduna rəhbər təyin edilib
100-dən çox hakim sistemdən kənarlaşdırılıb - Nazirlik
Azərbaycan mədəniyyətinə ağır itki - VƏFAT ETDİ... / FOTO
Daha bir xəstəxanaya baş həkim təyin olundu
Bakıda məhkəmədə dava: Prokurorun yaxasından tutdu, hakimə hücum etdi