Şənbə gününə olan hava proqnozu
Azərbaycanda şənbə gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT
Sabah 39 dərəcə isti olacaq
Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı