Sənaye tullantılarından baxın nə hazırlanacaq? - AZƏRBAYCANDA
Bir qrup alim tərəfindən faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar aparılır.
Minval.İnfo Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edərkən deyib.
Akademik bildirib ki, nəticə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib. Yaxın vaxtlarda tədqiqatın nəticəsi AMEA Yüksək Texnologiyalar Parkında test ediləcək.
F.Qədirov qeyd edib ki, keçən il bölmə üzrə 14 problemi əhatə edən 41 mövzu ilə bağlı tədqiqatlar aparılıb.
F.Qədirov əlavə edib ki, Azərbaycanın landşaft xəritəsi və ümumtəhsil məktəblərinin 6-11-ci sinifləri üçün coğrafiya fənni üzrə bir atlas çap olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib