Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb
Şəmkir rayonunda fəaliyyət göstərən bir maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı, fərdi sahibkar Nəriman Əliyevə məxsus məntəqədə ciddi pozuntular aşkar edilib. Yoxlama zamanı məlum olub ki, daha əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular hələ də aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarına davam edilib.
Aşkar olunan pozuntular arasında tutumların istismar müddətinin bitməsi, tam texniki müayinələrin aparılmaması və nəzarət-ölçü cihazlarının yoxlanılmaması yer alır. Bu pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, tutumların istismarı yenidən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"