Şəmkirdə ağır yol qəzası - Bir ailənin 5 üzvü xəsarət aldı
Şəmkir rayonunda yol qəzası baş verib.
Minval.info Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Asif Nəsirəddin oğlu Cəfərovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə onun özü, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ramilə Cəlal qızı Nağıyeva və övladları – 2009-cu il təvəllüdlü İlkin Asif oğlu Cəfərli və 2007-ci il təvəllüdlü Lalə Asif qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bundan başqa, qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
Şəmkirdə dərmandan zəhərlənən qadın öldü
Xırdalanda güclü yanğın: FHN dərhal müdaxilə etdi
Normadan artıq yüklənmə: Yollar və həyat üçün təhlükə!
Goranboyda partlayış sonrası təhlükəsizlik bərpa edildi
Yol qısaltmaq istəyi faciəyə səbəb oldu