Səməndər Rzayevin yubileyində “Dəli yığıncağı” - Fotolar
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub.
Axşam.az xəbər verir ki, bu münasibətlə “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib.
Tədbirdə çıxış edən Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Səidə Quliyeva aktyorun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıblar.
Vurğulanıb ki, Səməndər Rzayev “Dəli yığıncağı”nda Fazil Küleyli obrazını ustalıqla yaradıb. O, kinoda da eyni dərəcədə uğur qazanıb. Səməndər Rzayevin digər aktyorlardan fərqi ondadır ki, o, baş rolları dublyaj edib.
Diqqətə çatdırılıb ki, Səməndər Rzayevin ilk rolu 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olub.
Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar) və digər yaddaqalan obrazlar yaradıb.
Səməndər Rzayev, həmçinin “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Ad günü”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” “və digər filmlərdə uğur qazanıb.
Aktyorun qızı Rübabə Rzayeva tədbirin təşkilində Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi






