"Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı 6 il müzakirələr aparılıb"
“Heç kəs düşünməsin ki, tarix abidənin bərpası onun ilkin varianta qaytarılması deməkdir”.
APA-nın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.
O bildirib ki, Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı müzakirələr 6 il ərzində aparılıb: “2017-ci ildə bizə Şəki ilə bağlı tövsiyələr oldu, onları yerinə yetirdik. Mədəniyyət Nazirliyinin tərkibində tarixi abidələrin qorunması ilə bağlı Xidmət fəaliyyət göstərir. Xidmət tərəfindən yeni abidələr tapılır, onların konservasiyası həyata keçirilir”.
Nazir qeyd edib ki, abidələrin konservasiyasının məqsədi odur ki, növbəti illərdə onlaların dağılmasının qarşısını alsın: “Ola bilsin, insanlar bunu hiss etmirlər, amma hər il nazirlik nümayəndələri Şəkidə və digər yerlərdə abidələrə nəzarəti həyata keçirir, abidələrin eyni vəziyyətdə qalmasına çalışırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər