"Şəkili Sayka" ləqəbli şəxs saxlanılıb - VİDEO
Abşeronda üzərində odlu silah gəzdirən Şəkili Sayka ləqəbli şəxs saxlanılıb.
Minval.info xəbər verir ki, Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayon sakini 38 yaşlı Seymur Məmmədov şübhəli şəxs qismində tutulub.
Üzərinə baxış keçirilən zaman ondan sellofana bükülü halda “Toz 8” markalı odlu silah 6 gülləsi ilə birgə aşkar olunub.
“Şəkili Sayka” saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, Seymur Məmmədov həmin silahı Xırdalan şəhərində tanışına 500 manata satmaq istəyirmiş. O, əvvəllər də quldurluq və dələduzluq maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?v=5rhQUZkIU2U
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO