Şəkidə antik dövrə aid qəbirlər aşkarlandı - FOTO
Şəkidə arxeoloji qazıntılar zamanı qəbirlər aşkarlanıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qazıntılar rayonunun Fazil kəndində, Təpə Başı adlanan ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsi və Qazaxıstanın Berel arxeoloji qoruğu arasında imzalanan müqaviləyə əsasən aparılır.
Qazıntılar antik və dəmir dövrünün izlərini üzə çıxarıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərini daşıyır.
Ərazidə beş qəbir və üç qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri aparılır, qazıntıların fotoplanları hazırlanır.
İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
