Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən yol qəzası olub

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələki sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mersedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, digəri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.
Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər isə Şəki MRX-a aparılıb.
Şəki MRX-dan APA-ya bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"