“Şəki” restoranının sahibinin oğluna cinayət işi açılıb
Keçmiş deputat, “Şəki” restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.
Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.
Bu iş üzrə mülki iddiaçı kimi tanınmış Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Nazirlik R.Qəribovun dövlət büdcəsinə ödəməkdən yayındırdığı iddia etdiyi pulun ödənilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov isə nazirliyin şikayətini təmin etməyib və qərarı qüvvədə saxlayıb.
Vergilər Nazirliyi bu dəfə daha yuxarı instansiyaya müraciət edib. Ali Məhkəmə dekabrın 5-də işə baxıb. Cinayət Kollegiyasının hakimi Tahir Kazımov da nazirliyə “yox” deyərək kassasiya şikayətini təmin etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"