Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da üçüncü oldu

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi – “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.
“Ölkə.Az” xəbər verir ki, üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.
Yarış iştirakçılarının yekun mövqeləri (rapid + blits) belədir: 1.Hikaru Nakamura – 22,5 xal; 2.Maksim Vaşye-Laqrav – 21,5 xal; 3.Şəhriyar Məmmədyarov – 21 xal; 4.Fabiano Karuana – 20 xal; 5.Levon Aronyan – 18 xal; 6.Sergey Karyakin – 17 xal; 7.Lenyer Dominqes – 16 xal; 8.Aleksandr Qrişşuk – 15,5 xal; 9.Uesli So – 15 xal; 10.Vişvanatan Anand – 13,5 xal.
Qeyd edək ki, bu il turnirin keçirilmə sistemi dəyişdirilib. Belə ki, dörd mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.
“Grand Chess Tour 2018”in sabah açılışı olacaq dördüncü mərhələsi – vaxta klassik nəzarət qaydasında keçirilən “Sinquefield Cup” turnirinin ilk qarşılaşmaları avqustun 18-də baş tutacaq. Təşkilatçılar tərəfindən nominant qismində hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çıxış edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Ronaldo məni evinə dəvət edib" - Türk model
“Qarabağ”ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırıldılar
Azərbaycan millisi
“Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq
Ronaldonun çəkisi görənləri şoka saldı - FOTOLAR
“Salah oyuna hazırdır”