Səhnəmizin "Keçəl"i bu Novruzda səhnəyə çıxmayacaq

Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru olan Elçin İmanovun bir müddətdir ki, səhnədən uzaq düşməsinin səbəbi ayağının sınmasıdır. Bu haqda Sputnik Azərbaycan-a açıqlamasında o özü deyib: “Ötən ilin dekabrın 14-də səhnədə “Nuri-didə Ceyhun” tamaşası zamanı ayağım sürüşdü, dizi üstə yıxıldım. Nəticədə diz qapağım qırıldı. Buna görə də dekabrın 20-sində ayağm əməliyyat olundu. Həkimlər ayağıma mil qoydular”.
Aktyor sağalma prosesindən də danışıb: “Bu proses bir az uzun çəkir. Yalnız bir ildən sonra bu dəmirin çıxarılması nəzərdə tutulur. Həkimlər deyir ki, istəsəz çıxara, ya da saxlaya bilərsiz. Lakin hələ ki, ayağım əyilmir, gəzəndə isə şiş əmələ gəlir. Həkimlər isə deyir ki, “bu normal bir şeydir, yavaş-yavaş öyrəşəcəksiniz”. Şişin də sonradan çəkiləcəyini deyirlər. O səbəbdən evdən çıxmıram, heç yerə getmirəm. Bəlkə də dağ uşağı olduğum üçün yaş faktorunun mənə elə də ciddi təsiri olmayıb. Həkimlər deyir ki, hə şey qaydasındadır” – deyə 48 yaşlı aktyor əlavə edib.
Aktyor son zamanlar çəki itirməsinin səbəbindən də danışıb: “Adətən yataq xəstələri çox çəki yığırlar. Bizim sənətimiz də belədir ki, bir az artıq çəki yığdınsa, ondan azad ola bilmirsən. Mən də çalışıram ki, qarnım irəli çıxmasın. Arıqlamağımın səbəbi yalnız budur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi