Səhiyyə nazirliyi lisenziyasız kosmetoloqu ifşa etdi: Qanunsuz fəaliyyət davam edir!
Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquqi addımlar atıb. Nazirliyin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yayılan məlumata görə, Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı vətəndaş şikayətləri və mediada yayılan xəbərlər əsasında araşdırmalar aparılıb.
Minval.info xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən Elnarə Canlının lisenziyasız olaraq özəl tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Bu səbəbdən, 08.05.2025-ci il tarixində AEM tərəfindən plandankənar yoxlama keçirilib və qanunsuz fəaliyyət aşkar edilib.
Aşkar edilən qanun pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən protokol tərtib olunub və məsələ hüquq-mühafizə orqanlarına göndərilib. Daha sonra, vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında əlavə iki yoxlama da keçirilib. Bu yoxlamalar nəticəsində də qanunsuz fəaliyyət təsdiqlənib və müvafiq protokollar tərtib edilib.
Son yoxlama zamanı Elnarə Canlının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olaraq qeyd edilib. AEM-in həyata keçirdiyi tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziyasız fəaliyyətini davam etdirdiyi müəyyən edilib. Bu səbəbdən, Səhiyyə Nazirliyi 13 mart tarixində Baş Prokurorluğa müraciət edərək əlavə hüquqi tədbirlərin görülməsini tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəramət böyükçöl yazıçıdan çobana: Qeyri-adi iş planı ilə gündəmdə
Aliment borcunda şok iddia: İcra məmurundan "pulu olsa verər" cavabı!
Bakının Mərkəzində marşrutlar dəyişdi: Hansı küçələrdən keçəcəksiniz?
Lerik-Lənkəran sərhədində yer titrədi: Zəlzələ nə dərəcədə təhlükəli idi?