Şəhidlər Xiyabanında “Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - FOTO

Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq.
Minval.İnfo xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev deyib.
C.Tağıyevin sözlərinə görə, həmin gənci ərazidəki kameralar vasitəsilə tapmaq mümkündür.
“Bu cür hərəkətlər şəhidlərə qarşı, xalqımıza qarşı hörmətsizlikdir. Əraziyə polis tərəfindən ciddi nəzarət olunur və hər tərəfdə kameralar yerləşdirilib. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət olunacaq və həmin gənclə bağlı tədbir görüləcək”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına dırmaşması görüntüləri yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!