Şəhidin xatirəsinə bulaq inşa edildi
Şəki şəhərinin Oxut kənd məzarlığında şəhidin xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksi istifadəyə verilib.
“Minval.info”un məlumatına görə, Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Həmidzadə Hüseyn Akif oğlunun adına bulağın açılışı olub.
Açılışda şəhidin qohumları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub.
27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllülər sırasına qoşulur.
O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır.
Ötən il oktyabrın 25-də Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn noyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman igidimiz Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.
O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!