Şəhidin ailəsində ikiqat tələbə sevinci
Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb. Şəhidin qızı Mədinə Həmidova 536 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olaraq bakalavr tələbəsi adını qazanıb. Həyat yoldaşı Qiymət Həmidova isə 38 yaşında magistraturaya qəbul olaraq illər sonra təhsil həyatına yenidən başlayıb.
Minval.info xəbər verir ki, ana və qızın eyni ildə tələbə adını qazanması ailə üçün həm qürur, həm də duyğusal anlarla yadda qalıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu olan Mədinə Həmidova, 3-cü qrup üzrə 536 bal toplayaraq arzusuna bir addım daha yaxınlaşıb.
Mədinə Həmidova qəbul nəticələrini ilk dəfə anası ilə birlikdə öyrənib və bu sevinci onunla bölüşüb. O, uşaqlıqdan səfir olmaq arzusunda olduğunu və bu istiqamətdə təhsilini davam etdirmək istədiyini bildirib. Gələcəkdə magistratura təhsili üçün Avropaya getməyi planlaşdırır.
Şəhidin həyat yoldaşı Qiymət Həmidova isə həm qızının bakalavr pilləsinə qəbul olması, həm də özünün magistraturaya qəbul olmasını öyrənməyin böyük sevinc və qürur yaşatdığını qeyd edib. O, bu nəticələrin bir-birinə verdikləri dəstəyin gözəl nəticəsi olduğunu vurğulayıb.
Qiymət Həmidova, həyat yoldaşının şəhidliyinin onlar üçün böyük bir itki olduğunu, lakin onun şərəfli adının hər zaman qürur mənbəyi olduğunu bildirib. O, övladlarının uğurları ilə həyat yoldaşının adını yaşatmaq istədiyini və bu gün də onun qoyduğu şərəfli adı başları uca tutaraq daşıdıqlarını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib