Şəhidimiz Neftçalada dəfn olundu
Neftçalalı şəhid doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılıb.
Minval.info “Report”a istinadən xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub.
Sonra şəhid Bankə qəsəbəsində Seyidlər qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib