Şəhid Xudayarın medalları ailəsinə təqdim olundu - FOTO

14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.
DSX-dən verilən məlumata görə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 nəfər şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib.
Qeyd edək ki, medal təqdim edilən şəhid ailələri arasında Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ailəsi də var. Gizir Yusifzadənin medalları anası Radə Yusifzadəyə təqdim edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda böyük tıxac yaranıb
"İçərişəhər" dövlət qoruğu məhv edilir? - Rəsmi reaksiya
Qarabağda daha bir erməni hərbçi öldü
Fərman Ceyranlı İnterpol xətti ilə axtarışa verilib
Dövlət qurumundan qarpız alanlara xəbərdarlıq