Şəhid Pəncəli Teymurovun qardaşı Prezidentə müraciət edib
Əfsanəvi kəşfiyyatçı, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, 2016-cı il Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun qardaşı Famil Teymurov müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezideti İlham Əliyevə müraciət edib.
O, bildirib ki, maddi şəraitini yaxşılaşdırmaq üçün Astararın Çayoba kəndində 53 hektar torpaq sahəsi alıb və həmin torpaq sahəsində 500 sitrus meyvə ağacı əkib.
Şəhid ailəsinin sözlərinə görə, Astaranın Kakalos kənd sakini Məmmədov Malik Rəfi oğlu qardaşları
Xaliq Rəfi oğlu Məmmədov və Tələt Rəfi oğlu Məmmədovun köməkliyi ilə torpaq sahəsini saxta sənədlərlə məhkəmə vasitəsi ilə əllərindən alıblar.
O qeyd edib ki, Məmmədov Malik Rəfi oğlu Astara rayon Mərkəzi xəstəxanasının direktoru və Lənkəran rayon Mərkəzi xəstəxanasının direktoru vəzifəsində çalışıb. Bununla yanaşı, Malikin qardaşları Xaliq Məmmədov SOCAR-da, Tələt Məmmədov isə “Astaraçay” MMC-də sektor müdiri vəzifəsində çalışır.
“Mənim qardaşım şəhid Pəncəli Teymurov Azərbaycanın işğal altında olan torpaqlarını ermənilərdən almaq uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.
Sizdən mənim əlimdən alınan torpağın geri qaytarılmasına kömək etməyinizi xahiş edirəm”,-deyə şəhid Pəncəli Teymurovun qardaşı ölkə başçısından xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib