Şəhid anasının 21 illik mənzil gözləntisi: "Növbədə 70-ci idim, indi 15-ciyəm, amma ev hələ də yoxdur
Lerikdə yaşayan şəhid anası Nəsibə Nəciyeva, 21 ildir mənzil növbəsində olmasına baxmayaraq, hələ də evlə təmin edilmədiyini iddia edir.
Minval.info xəbər verir ki, Nəsibə Nəciyeva 2005-ci ildən bəri Lerik Rayon İcra Hakimiyyətində mənzil növbəsinə yazıldığını və bu müddət ərzində rayonda 105 ailənin mənzillə təmin edildiyini, lakin özünün hələ də ev ala bilmədiyini söyləyir.
Onun sözlərinə görə, hazırda yaşadığı ev qəzalı vəziyyətdədir və növbədə 70-ci sırada olmasına baxmayaraq, mənzil əldə edə bilməyib. Lerik Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Nəsibə Nəciyeva mənzil növbəsində 15-ci yerdədir və vaxtilə düzgün müraciət etmədiyi üçün evlə təmin olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 ailəlik binanın inşası üçün torpaq sahəsi ayrılıb və tikinti tamamlandıqdan sonra növbədə olan vətəndaşlar mənzillə təmin ediləcək.
Xatırladaq ki, Nəsibə Nəciyevanın oğlu Habil Nəciyev, 1994-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Füzulidə şəhid olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib