Şəhid ailələri və qazilərə pulsuz mənzil şansı!
Azərbaycanda bəzi vətəndaşlar dövlətdən pulsuz mənzil əldə etmək hüququna malikdirlər. Bu mənzillər əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan və əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir.
Minval.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu barədə açıqlama verib. O bildirib ki, pulsuz mənzil əldə etmək hüququ qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər və Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin mənzil təminatı ilə bağlı xüsusi mənzil fondu formalaşdırılıb və bu proses davam edir. Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər. Lakin bu mənzillərin sayı məhduddur və bir çoxu artıq vətəndaşlara təklif olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar
Hamilə bloger ağaca bağlanaraq yandırıldı
Alkoqolun xərçənglə əlaqəsi: Yeni araşdırma şok etdi
FHN SOCAR-da yanğın-taktiki təlim keçirdi
Yol polisi uşaqlar üçün təhlükəsizlik aylığı keçirir
SON DƏQİQƏPezeşkianın təyyarəsi təcili eniş etdi