21.10.2021 - 14:22
Siyasət
1 baxış
Şəhər əhalisi artıb, hamı işsizlikdən Bakıya gəlib - Deputat

“Daxili siyasətdə müəyyən qədər razılaşmadığım məqamlar var. Ancaq Azərbaycanın xarici siyasətini doğru hesab edirəm”.
Minval.info -nun xəbərinə görə, bu fikirləri Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı dəyirmi masada çıxışı zamanı deyib.
“Bəzi müxalifət liderləri tələb edirlər ki, dayanmayaq, gedək Xankəndini alaq. Ancaq onların bəzilərinin övladları hərbi xidmətdə olmayıb. Bəzilərinin övladları xaricdə yaşayır”, – o bildirib.
Deputat seçildiyi dairədən olan rayonda əhalinin vəziyyəti barədə də danışıb:
“YAP-dan xahiş edirəm ki, yerlərdə camaat işsizdir. Pay torpaqları verilib, amma kəndlinin əlində texnikası yoxdur ki, əkib becərsin. Ona görə də verilən dotasiyanı uşağını oxutmağa və s. yönəldir. Şəhər əhalisi artıb, hamı işsizlikdən gəlib Bakıya. Elə etməliyik ki, əhalinin torpaqdan istifadə etmək imkanı olsun. Büdcə müzakirələrimiz gözlənilir. 2030-cu ilə qədər Milli İnkişaf Strategiyası hazırlanıb. Həmin strategiyada 2030-cu ilə qədər ÜDM-nin 100% artımı olacağı gözlənilir. Amma bunun necə olacağı, hansı proqramla ediləcəyi ortada yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəmil Həsənlinin qızı ilə videosu yayılan Mahirin bahalı həyatı - VİDEO
02.04.2021 - 13:25
Partiya sədrləri dialoqa ümidlidir
18.03.2020 - 10:57
Soyadları uyğun gəlmədiyi üçün ailəni “Sakit Göl” otelinə buraxmadılar
17.08.2018 - 17:09
ABŞ "F-35" təyyarəsinin hıssələrinin Türkiyəyə daşınmasını dayandırıb
02.04.2019 - 08:48
“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”
11.07.2019 - 16:12
Azərbaycanda əxlaqsızlıq yuvalarına basqın edilir - Xüsusi əməliyyat
08.09.2018 - 19:00
Rəis müavinliyindən nazir müavinliyinə gedən yol - Seyfulla Əzimov kimdir?
05.07.2019 - 20:41