Səfurə İbrahimovanın yaddaşında problem yaranıb - Fotolar
Noyabrın 22-də evində huşsuz vəziyyətdə tapılan Xalq artisti Səfurə İbrahimovanın yaddaşında problem yaranıb.
Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa dünən müayinə olunaraq xəstəxanadan buraxılıb. Onun müalicəsi hazırda ev şəraitində davam etdirilir. Həkimlər bildirib ki, Səfurə İbrahimovanın vəziyyətinin tam olaraq yaxşılaşması, huşunun qayıtması bir qədər zaman apara bilər. Hazırda aktrisa ən yaxın bir-iki şəxsdən başqa heç kimi tanımır.
Uzun müddətdir yaradıcılığına son verən və ictimaiyyət arasına çıxmayan aktrisa iki gün evdə döşəməyə yıxılmış vəziyyətdə qalıb. “Bu mənim ilk yıxılmağım deyil. Çox yıxılmışam, amma hələ yaşamaq istəyirəm” – deyə S.İbrahimova hər kəsə müraciət edib.
Qeyd edək ki, S.İbrahimova Azərbaycan teatr və kino sənətində unudulmaz rollar yaradıb. Aktrisa müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında “Sevil” (Dilbər), “Arşın mal alan”(Telli) “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Qaynana (Sədaqət), “Dərviş Parisi dağıdır” (Gülpəri) və başqa bədii filmlərə çəkilib. S.İbrahimova Hüseyn Cavidin “İblis” faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatına, 1974-cü ildə Əməkdar artist, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər



