14.12.2021 - 15:21
Siyasət 1 baxış

Səfir: "Özbəkistanla Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir"

“Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və qardaşlıq xarakteri daşıyan münasibətlər ən yüksək səviyyədədir”.

Minval.info“Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən təşkil edilən “Azərbaycan – Özbəkistan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” adlı vebinardakı çıxışında bildirib.

O deyib ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri var: “İndi həmin siyasəti hazırkı prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev davam etdirirlər”.

Səfir Azərbaycanla Özbəkistan arasında BMT, ATƏT, MDB və digər beynəlxalq platformlarda əməkdaşlıq olduğunu diqqətə çatdırıb: “2019-cu ildə məhz Bakıda keçirilən toplantıda Özbəkistanın Türk Şurasının tam üzvlüyünə qəbul olunması son dərəcə səciyyəvi haldır”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: