Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsində yoxlama aparılmır"
“Dövlət Gönrük Komitəsində hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır”.
“Report”un məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.
“DGK bu xəbərə sadəcə üzülüb. Bu cür yanlış məlumatları yayıb, komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. Bu, hansısa qüvvələrin və özünü “ekspert” adlandıran şəxslərin oyunur. Biz tarladan pambıq toplamırıq ki, kəsirimiz olsun. Son 3 il ərzində 2 milyard manat əlavə vəsait büdcəyə toplanıb. Bu, cənab prezidertin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurları görməyənlər kordur və ictimaiyyətə bu cür yalanların səviyyəsinə enmək fikrimiz yoxdur”, – deyə o, qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək