Rüşvət verən Könül Kərimova məhkəmədə əsəbləşdi: "Sizin kimi artist yoxdur"
Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub. Ona qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.
Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş müğənni Könül Kərimova ifadə verib. O deyib ki, Məlahət Məmmədova ilk dəfə 12 min manat verib. Daha sonra isə əlavə pul tələb edib. K.kərimova ümumilikdə 32 min pul verdiyini, yalnız 11 min manatının geri qaytarıldığını deyib.
K.Kərimova əlavə edib ki, iş alınmadığı halda Məlahət Məmmədovanı tapa bilməyib: “Mən dedim ki, olsun, alınmırsa, pulumu qaytarsın. Amma zəng çatmırdı, mesajlara cavab vermirdi”.
Təqsirləndirilən şəxs Məlahət Məmmədova Könlü Kərimovanın oğlunun Rusiyadakı təhsilinə pul xərclədiyini deyib.
Amma Könül Kərimova bunun yalan olduğunu deyib: “Mən özüm də artistəm. Amma burada artislik etmək lazım deyil. Məlahət xanım, heç “Azdrama”da da sizin kimi artist yoxdur.
Məlahət Məmmədova Könül Kərimovanın oğlunun Rusiyadakı təhsilinə 12500 manat xərclədiyini deyib. Həmin xərc yataqxana və təhsil haqqı olub. Məmmədova köçürmə üçün aldığı 14 min manatı da Könül Kərimovaya qaytardığını deyib.
Könül Kərimova isə öz övladının təhsil haqqısını özünün ödədiyini deyib.
Məlahət Məmmədova Könül Kərimovadan aldığı 15 min manatı Təhsil Nazirliyində işləyən Rafiq Hüseynov adlı şəxsə verdiyini deyib: “Həmin şəxs özünü mənə Orxan kimi təqdim etmişdi. Mən həbs ediləndə müstəntiqə dedim. Müstəntiq araşdıranda bildik ki, həmin şəxs dələduzluğa görə həbs edilib. Həmin pul batdı, amma mən ödədim”.
Hakim Əfqan Hacıyev Könlü Kərimovaya bildirib ki, həmin pulla oğlunun yaxşı təhsil almasına şərait yarada bilərdi: “Sizlər efirə çıxanda cəmiyyətə, insanlara məsləhət verirsiniz. Kaş siz özünüz də doğru yol turun, övladınıza bu yolla universitetə qəbul etdirməzdiniz. Bununla siz övladınıza da pis nümunə olursunuz”.
M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.
M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.
Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.
K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib.
M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaraqayadan erməni mövqeləri belə görünür - EKSKLÜZİV GÖRÜNTÜLƏR
İran məmurlarının öldürdüyü daha iki qadının kimliyi bəlli olub
Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - VİDEO
Azərbaycan hökuməti əhaliyə bu cərimələri bağışlaya bilər - VİDEO
Kiyevin Saakaşvili planı üzə çıxdı: "Onu hakimiyyətə gətirərək müharibəyə.."
Ali Baş Komandan: "Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək"
Şəhid anası ermənilərin ölkəmizə gəlməsinə etiraz edir

