Rüşvət alan DSX müstəntiqinə cinayət işi başlandı
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.
Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova saytımıza müraciət edərək adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.
Sözügedən şikayət “Qafqazinfo”da yayımlanandan sonra məsələ araşdırılıb və müstəntiq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.
***
ƏLAQƏLİ
Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi
Məlumata görə, N.Acalov saxlanıldıqdan sonra barəsində qətimkan tədbiri seçilib və o, ev dustaqlığına buraxılıb.
.jpeg)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Buzovnada 2 yaşlı uşağın faciəvi ölümü
Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi
Bakıda uşaq təhsil mərkəzində autizmli uşağa şiddət tətbiq edildi
Paris mağazasının sahibi talandan sonra ağır vəziyyətdədir
Lerikdə qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb