Rüstəm Usubovdan seçki prosesinə müdaxilə edən şəxslərə xəbərdarlıq
“Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına daxil olan müraciətlərə çox ciddi yanaşılır”.
APA -nın xəbərinə görə, bunu Baş Prokurorun birinci müavini Rüstəm Usubov deyib.
O bildirib ki, bələdiyyə seçkiləri əhəmiyyətli olduğundan uğurla keçirilməlidir: “Bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm və əlamətdar bir hadisədir. Bu seçkilərdə hər birimiz aktiv şəkildə iştirak etməliyik. Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, bu seçkini də birgə yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir”.
Baş Prokurorun bildirib ki, son dövrlər bələdiyyələrin statuslarında ciddi dəyişikliklər baş verir və onlara əlavə səlahiyyətlər verilir.
R.Usubov qeyd edib ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?