Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəyir
“Doğum günümü adi qaydada keçirirəm. Səhər yeni açılıb. Təbrik edənlər artıq var. Azərbaycandan təbrik edənlər daha çoxdur. Hər kəsə diqqətinə görə təşəkkür edirəm”.
“Minval.info” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyi ilə bağlı danışarkən deyib.
O, Bakı üçün darıxdığını da dilə gətirib: “Bakı üçün çox darıxıram. Bəlkə bu yaxınlarda Azərbaycana gəldim”.
Tanınmış kinorejissor yaradıcılığından da söz açıb: “Bu gün teatrda təzə pyesimin premyerası baş tutacaq. Ümumilikdə tamaşalarıma Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir”.
Qeyd edək ki, bu gün kinorejissor Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. O, 1939-cu ilin bu günündə Bakıda doğulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident 3 rayona yeni icra başçısı təyin etdi
“Azərbaycanda İrana bağlı casus şəbəkəsinin nəfəsi kəsilməlidir”
Rusiyada tarixi görüş baş tutdu
Hafiz Hacıyev: “Vladimir Jirinovski avaranın biri idi, ölməli idi”
Gürcüstan lideri Azərbaycana TƏŞƏKKÜR ETDİ
Süleyman Soylu: “Türkiyə yenidən Azərbaycanda bayraq dalğalandırdı”