Ruslar rəhm etmir: Nikolayevə raket yağışı - FOTO
İyulun 28-də səhər saatlarında Rusiya ordusu Nikolayevi atəşə tutub.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib, bir nəfər yerli sakin yaralanıb.
Nikolayev meri Aleksandr Senkeviç raket hücumunun təfərrüatları barədə öz Telegram kanalında yazıb.
“Bu gün təhsil müəssisələri və yaşayış binaları raket hücumlarına məruz qalıb. Rusiya terrorçuları əməllərindən əl çəkmir və Nikolayevin mülki infrastrukturunu atəşə tuturlar. Daha bir şəhər məktəbi demək olar ki, tamamilə dağılıb. Orada binanın bir hissəsi uçub, mühafizəçi yaralanıb. Pəncərələr və yaxınlıqdakı fərdi yaşayış evlərinin damları dağılıb. Həmçinin raketlərdən biri Gəmiqayırma Universitetinin su stansiyasının ərazisinə düşərək anbara ziyan vurub” – Sankeviç bildirib.
Yaşayış binalarına gəlincə, Sankeviç qeyd edib ki, hazırda iki hündürmərtəbəli binanın zədələndiyi məlumdur.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyi məlumat yayıb
Ukrayna qüvvələri irəliləyir: bu ərazilər azad edildi - XƏRİTƏ
Türkiyənin milli döyüş təyyarələrinin ilk uçuşu bu il baş tutacaq
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək
Ukraynada müharibəni bitməyə kim qoymur - Kreml, yoxsa...
