09.10.2026 - 13:28
Rusiyaya zərbə üçün istifadə olunan dronlar Estoniyada yerləşdirildi
Dünya 186 baxış

Rusiyaya zərbə üçün istifadə olunan dronlar Estoniyada yerləşdirildi

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin əvvəllər Rusiyaya zərbələr endirmək üçün istifadə etdiyi “Nyan” pilotsuz uçuş aparatlarını Estoniyada yerləşdirib. Publika.az xəbər verir ki, bu barədə “Postimees” nəşri məlumat yayıb.

Məlumata görə, Estoniyanın Tapa şəhərində yerləşən Britaniya hərbi bölməsi, uçuş məsafəsi 250 kilometrdən çox olan “Nyan” dronlarını öz silahlanmasına qəbul edib. Bu addımın müttəfiqlərin uzaqmənzilli zərbələr endirmək imkanlarını artırdığı bildirilir.

Dronların bu ilin yazında Estoniyaya gətirildiyi və artıq hərbi təlimlərdə istifadə olunduğu qeyd edilir. Bu, onların effektivliyini və tətbiq sahələrini genişləndirir.

Xatırladaq ki, Ukrayna avqust ayında Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ilk dəfə Britaniya istehsalı olan “Nyan” dronlarından istifadə edib. İngiltərədəki “Callen-Lenz” şirkəti tərəfindən istehsal olunan bu pilotsuz uçuş aparatları, Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarına hücumlarda tətbiq olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: