Rusiyanın Ukraynaya ardıcıl hücumları: 3 nəfər həyatını itirdi
Kiyev şəhərinin meri Vitali Kliçko sosial media hesabında paylaşdığı məlumatda, Rusiya ordusunun bu səhər şəhərə hava hücumu təşkil etdiyini qeyd edib. Kliçko, hücum nəticəsində bir nəfərin həyatını itirdiyini və 11 nəfərin yaralandığını bildirib.
Minval.info xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) tərəfindən verilən yazılı açıqlamada isə Kiyevin ötən gecə də Rusiyanın hədəfində olduğu bildirilib. Desniyan məhəlləsindəki bir binanın vurulduğu hücumda 2 mülki şəxsin öldüyü və 22 nəfərin yaralandığı qeyd edilib.
DSNS, həmçinin Rus ordusunun Ukraynanın Çerniqov bölgəsinə bağlı Priluki şəhərinə təşkil etdiyi hücumun ardınca davam edən axtarış-xilasetmə işləri barədə də məlumat verib. Gecə boyunca davam edən işlərdə, hücum nəticəsində ölənlərin sayının 22-yə çatdığı bildirilib. Ölənlər arasında 5 uşağın olduğu, 7-si uşaq olmaqla 54 nəfərin də yaralandığı vurğulanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə etdiyi açıqlamada, Rusiyanın Priluki şəhərindəki bir binanı “X-101” tipli raketlə hədəf aldığını ifadə etmişdi. Zelenski, mövcud məlumatlara görə, qeyd olunan şəhərdə 19 nəfərin öldüyünü, ölkə üzrə isə 25 nəfərin həyatını itirdiyini və 100 nəfərin yaralandığını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-dan Ankara və Afina arasında gərginlik xəbərdarlığı
Danimarka saxta dərin feyklərə qarşı qanun layihəsi təqdim edir
İstanbul hava limanı Hitrounu geridə qoydu
Fransada yeni inqilab təhlükəsi: ölkə böhrana sürüklənir
Nobel kimya mükafatını Henri Kaqan və Kenso Soai qazandı
Rusiyadan veba epidemiyası ilə bağlı maraqlı açıqlama