Rusiyanın casus şəbəkəsinə ağır zərbə
Son bir ildə Qərb ölkələri Rusiyanın Avropadakı casus şəbəkəsini xeyli zəiflədib. Bu, Kreml üçün gözlənilməz olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc olunan məqalədə bildirilir.
“Ötən il ərzində Qərb dövlətləri Ukraynaya silah tədarükünü artırdı və Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Bu zaman ABŞ və Avropanın təhlükəsizlik qurumları Rusiyanın casus şəbəkələrini dağıtmaq üçün paralel, lakin gizli kampaniya apardılar”, – nəşr yazır.
Qeyd olunur ki, yanvar ayında Almaniyada rus casusu Artur Eller həbs olundu. Bu, Rusiya xüsusi xidmət orqanlarına qarşı “kölgə müharibəsində son mərmi” idi. Bundan əvvəl Hollandiya, Norveç, İsveç, Avstriya, Polşa və Sloveniyada çoxsaylı rus agentlərinin saxlanması, habelə Rusiya səfirliklərində diplomatik statusa malik olan rus casuslarının kütləvi şəkildə ölkədən çıxarılması baş verib.
ABŞ və Avropanın təhlükəsizlik rəsmiləri Rusiyanın casus şəbəkəsinin hələ dəi potensialını saxladığını, lakin “soyuq büharibə”dən bəri ən ciddi zərbə aldığını deyir.
Ekspertlər qeyd edirlər ki, Rusiyanın Avropaya təsir göstərmək və Ukraynaya silah tədarükü ilə bağlı məlumat toplamaq imkanları xeyli zəifləyib. İndi Rusiya bu itkiləri daha çox kibercasusluğa arxalanmaq və qaçqın adı altında Qərbə yeni casuslar göndərməklə kompensasiya etməyə çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi
Mark Zukerberqin sərvəti təhlükədə: Silikon Vadisindən köçə bilmir
Avropa İttifaqında elektrik avtomobillərinin satışı 73% artıb
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir