Rusiyanın burnunun ucunda F-16 fırtınası: Türkiyə ordusu kritik bölgəyə yerləşir — İrəvanda PANİKA
Türkiyə Silahlı Qüvvələri şimal sərhədlərində təhlükəsizliyin təmin edilməsi və regional hərbi balansın qorunması məqsədilə növbəti irimiqyaslı beynəlxalq addımını atır.
Rəsmi Ankara avqust ayından etibarən NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi üzrə strateji missiyasına rəsmən qoşulur.
Minval.info xəbər verir ki, qəbul edilən qərara əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus beş ədəd F-16 çoxməqsədli qırıcısı və 181-ci Reaktiv Eskadrilyanın 76 nəfərlik xüsusi təlim keçmiş şəxsi heyəti Estoniyanın Emari aviabazasında yerləşdiriləcək. Türkiyənin rəsmi media resurslarının yaydığı məlumatlara görə, qardaş ölkənin hərbi kontingenti avqustdan noyabradək Estoniyada xidmət apararaq NATO-nun “Baltik Hava Polisi” missiyası çərçivəsində bölgənin hava sərhədlərinin 24 saat fasiləsiz mühafizəsini və kəşfiyyatını təmin edəcək.
Hərbi ekspertlər hesab edirlər ki, bu addım xüsusilə Rusiya ilə mövcud gərginlik fonunda NATO alyansının daxili həmrəyliyini nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ankara bununla müstəqil xarici siyasət yürütməsinə rəğmən, kollektiv müdafiə öhdəliklərinə və müttəfiqlərinə sadiq qaldığını bütün dünyaya nümayiş etdirir.
Siyasi müşahidəçilərin fikrincə, Türkiyənin Baltik regionunda NATO missiyasında fəal iştirakı rəsmi Ankaranın qlobal ambisiyalarını paralel şəkildə həyata keçirdiyini göstərir.
Ermənistan mediasında rəsmi İrəvanın daxili qorxusunu əks etdirən panika
Maraqlıdır ki, Türkiyə ordusunun bu strateji gedişi Ermənistan mediasında ciddi təşviş və ağrılı reaksiya ilə qarşılanıb. İrəvan mətbuatı bu xəbəri dərhal “Baltik ölkələri üzərində Osmanlı qanadları” kimi qorxulu manşetlərlə tirajlamağa başlayıb. İrəvanda rəsmi dairələri narahat edən əsas məqam Türkiyənin sadəcə Baltikdə F-16-larla xidmət aparması deyil, Ankaranın eyni vaxtda həm NATO-nun kollektiv müdafiə sistemində əvəzedilməz rol oynaması, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində regional hərbi inteqrasiyanı uğurla genişləndirməsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Belqorodda sərnişin avtobusu atəşə tutuldu – 19 yaralı var
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK İDDİA
“Reuters” həyəcan təbili çaldı - Yaxın Şərqdə müharibə Xəzərə yaxınlaşır
İran ABŞ-a 20 milyard dollarlıq zərər vurduğunu iddia etdi
İsrail HƏMAS-a ağır zərbə endirdi – İki mühüm fiqurun öldürüldüyü açıqlandı
Rusiyanın “Qiyamət torpedosu” döyüş növbəsində? – Rəsmi açıqlama