Rusiyalı general Moskvada saxlanıldı
Rusiyanın daxili işlər nazirinin köməkçisi, general-leytenant və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin sabiq rəisi Sergey Umnov vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq saxlanılıb. O, Petrovkadakı müvəqqəti saxlama təcridxanasındadır.
“Minval.info”nun “oxu.az”a istinadən məlumatına görə, bu barədə Moskva İctimai Monitorinq Komissiyası (İMK) məlumat verib.
İctimai Monitorinq Komissiyasının müşahidəçiləri təcridxanada generalı ziyarət ediblər.
“Umnov saxlanılaraq Moskvaya aparılıb… O, özünü təqsirli bilmir”, – deyə komissiyadan bildirilib.
Cinayət işinin təfərrüatı barədə açıqlama verilmir.
Sergey Umnov 2012-ci ilin martından 2019-cu ilin fevralına kimi Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinə rəhbərlik edib. Dünən iyulun 5-də Umnovun evində və iş yerində axtarışlar aparılıb. Axtarışlar ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi) işinin bir hissəsi kimi həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu