Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə buraxılması barədə açıqlama
“Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələnlər arasında müəyyən edilib”.
“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: “Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. “Evə gedirəm” portalı vasitəsində qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkildə ölkəyə buraxılacaq”.
H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək: “Bu günə qədər qaynar xəttə 550 Rusiyada yaşayan Azərbaycan vətəndaşı müraciət edib və onların da adı sistemə yüklənəcək. İlk növbədə onların gəlişinə üstünlük veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO