15.08.2026 - 12:47
Ölkə 19 baxış

Rusiyadan ermənistana buğda tranziti: Azərbaycan üzərindən yeni marşrut açılır

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit marşrutla 8 vaqonluq, ümumi çəkisi 560 ton olan buğda göndəriləcək. Bu yük Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Minval.info xəbər verir ki, bu günə qədər Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta daşınıb.

Bundan əlavə, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel və 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: