Rusiyada ölən azərbaycanlı jurnalist dəfn edildi - FOTOLAR
Jurnalist Ülviyyə Şamilqızı Məmmədovanın nəşi ölkəyə gətirilib.
Mərhum jurnalist Gəncə şəhərində dəfn olunub. Onu yanvarın 23-də Bakı vaxtı ilə saat 19:20-də Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştəxan trasında avtomobil vurub.
Minval.İnfo-nun bölgə müxbirinin verdiyi məlumata görə, mərhum jurnalist Gəncə şəhər qəbiristanlığında dəfn edilib.
1986-cı il təvəllüdlü Ülviyyə Şamilqızının ölümü ilə nəticələnən faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.
Ülviyyə Məmmədova uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb.
O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Jurnalistin atası Şamil Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edərkən itkin düşüb. Sonradan ona şəhid statusu verilib.
Allah rəhmət eləsin!
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi












