28.09.2026 - 17:00
Rusiyada maaşlar artır, amma əhalinin maddi vəziyyəti yaxşılaşmır
İqtisadiyyat 3 baxış

Rusiyada maaşlar artır, amma əhalinin maddi vəziyyəti yaxşılaşmır

Rusiyada gəlirlərin artması statistik olaraq müşahidə edilsə də, əhalinin böyük hissəsinin maddi vəziyyətinin yaxşılaşdığı demək deyil. İqtisadçı Vasili Koltaşov “Pravda.ru”ya verdiyi açıqlamada real gəlirlərin əhalinin müxtəlif qrupları üzrə qeyri-bərabər dəyişdiyini bildirib.

Minval.info xəbər verir ki, Koltaşovun sözlərinə görə, hazırda real gəlirlərin artımı əsasən rəsmi əmək müqaviləsi, sabit iş yeri və sosial paketə malik şəxslərdə müşahidə olunur. Bu qrupda artım cəmi 0,8 faiz təşkil edir.

İqtisadçı əlavə edib ki, özünüməşğul şəxslərin, mülki-hüquqi müqavilə ilə çalışanların və natamam iş rejimində işləyənlərin alıcılıq qabiliyyəti azalır. Koltaşov bu tendensiyanın 2025-2026-cı illərdə də davam edəcəyini bildirib.

O, həmçinin əməkhaqqının bir hissəsini qeyri-rəsmi alan şəxslərin inflyasiya fonunda real gəlirlərinin azaldığını vurğulayıb. Bu vəziyyət əhalinin böyük bir qrupunun maddi vəziyyətində müsbət dəyişiklik yaratmır.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, 2026-cı ilin yekununda ölkədə orta aylıq əməkhaqqının 112,3 min rubla (təxminən 2 min 259 manat) çatacağı gözlənilir ki, bu da əvvəlki ildən 10 faiz çoxdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: