Rusiyada işləməyə gedən 101 nəfərə saxta COVID pasportu veriblər

Vətəndaşlara saxta “COVID-19” vaksin sertifikatı təqdim edən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Minval.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, saxta “COVID-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışların verilməsi ilə məşğul olan bir qrup şəxslərin qanunazidd əməlləri ifşa edilib.
Belə ki, 101 nəfər şəxsin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmələri üçün saxta “COVID-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə 18 may 2021-ci il tarixdə Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta “COVID-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəhşət: 21 yaşlı bacı-qardaş dənizdə batdılar - VİDEO
Bakıda müəmmalı qəza: "Tır" minik maşınını vurub kənara atdı - VİDEO
Azərbaycanda dəhşətli yol qəzası: Yaralılar var - FOTO/VİDEO
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - İnanılmaz dələduzluq...
Qubada yük maşını aşdı, yol bağlandı - Fotolar
Samux sakini qonşusunu bıçaqladı
Zaqatalada 2 tona yaxın narkotik vasitə məhv edildi