Rusiyada azərbaycanlı öldürüldü: Şəhərə xüsusi təyinatlılar yeridildi (VİDEO)
Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Nijnie Serqi şəhərində 49 yaşlı azərbaycanlı ödürülüb.
Minval.info yeniavaz.com-a istinadən xəbər verir ki, Nijnie Serqi şəhərində ticarətlə məşğul olan 49 yaşlı Ruhulla adlı azərbaycanlı 44 yaşlı yerli sakin Aleksandr ilə mübahisə edib.
Daha sonra mübahisə davaya çevrilib. İddia olunur ki, dava zamanı Aleksandr döyülüb. Hadisənin sabah günü tərəflər yenə qarşı-qarşıya gəliblər. Bildirilir ki, budəfəki davaya hər iki tərəfdən 120-yə yaxın şəxs qatılıb. Baş verən kütləvi dava zamanı Ruhulla öldürülüb.
Məlumatda qeyd olunur ki, Ruhullanın yaxınları onun qatilindən qisas almaq niyyətindədirlər. Nijnie Serqi şəhərinə Ruhullanın qohumları və dosları olduğu bildirilən onlarla şəxs gəlib. Şəhərdə növbəti qarşıdurmanın olacağından ehtiyat edən sakinlər küçələrə çıxmırlar. Yerli polisdən əlavə şəhərə xüsusi təyinatlı polis dəstələri də (OMON) gətirilib.
https://www.youtube.com/watch?v=aWKHN3kdnc8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsmayıllıya leysan yağdı - Turistlər yolda qaldı - Video
"Ərəblərlə videosunu tapdıq" - arvadını namus üstündə öldürən Dadaşov
Bakıda avtomobil yanıb - VİDEO
Moskvada azərbaycanlı iş adamı faciəvi şəkildə öldü - Foto
Sürücünün öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
Boksçumuz özünü öldürdü
“Azərsu” ASC-nin əməkdaşı iş yerində intihar edib