Rusiya yüzlərlə Şimalı Koyera vətəndaşının işləməsinə icazə verib
Rusiya yüzlərlə Şimalı Koyera vətəndaşının işləməsinə icazə verib.
Minval.info xəbər verir ki, Amerikanın nüfuzlu Vol Sitrit jurnalı Rusiyanın Şimali Koreya vətəndaşlarına işləmək icazəsi verdiyi ilə bağlı xəbər dərc edib.
Sözügedən xəbərdə bunlar qeyd olunub.: “Əmək Nazirliyinin qeydlərinə əsasən bu il ərzində KXDR-dan Rusiyaya işləmək üçün gələn 700 koreyalıya işləmək icazəsi verilib. BMT-nın KXDR-a qoyduğu sanksiyanın davam etdiyi bu dövrdə Rusiyanın rəsmi Pxenyana kömək etməsi düzgün addım deyil. Bu məsələ ilə bağlı araşdırma aparılır və təsdiq olunarsa BMT müvafiq addım atacaqdır.”
Qeyd edək ki, Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan etmişdi. Bundan sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırmış və KXDR-a sanksiya tətbiq etmişdi.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
