Rusiya Ukraynaya qarşı raket yağışı: Kiyevdə yanğınlar, odessada partlayışlar qeydə alındı
Rusiya Müdafiə Nazirliyi, avqustun 5-nə keçən gecə Ukrayna ərazisinə yüksək dəqiqlikli raketlər və uzaqmənzilli pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücumlar həyata keçirdiyini bildirib.
Minval.info xəbər verir ki, bu hücumlar nəticəsində Kiyev və ətrafında silah-sursatın saxlanması və daşınması üçün istifadə olunan nəqliyyat-logistika mərkəzləri, həmçinin pilotsuz uçuş aparatlarının istehsalı və paylanması obyektləri vurulub.
Odessanın cənubunda isə Ukrayna Silahlı Qüvvələrinə aid silah və hərbi texnika daşıyan üç yük gəmisinin hədəf alındığı bildirilib. Hücum zamanı azı 35 “İsgəndər” və hipersəs “Sirkon” raketləri, eləcə də “Geran” tipli pilotsuz uçuş aparatlarından istifadə edildiyi qeyd olunur.
“Çayka” nəqliyyat-logistika kompleksinin məhv edildiyi və ərazidə təkrar partlayışların baş verdiyi iddia edilir. NASA peykləri Kiyevin şərqində yerləşən sənaye zonasında böyük yanğınların qeydə alındığını göstərir. Ukrayna isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib