“Rusiya heç kimə heç nə borclu deyil” - Hərbi ekspert

“Rusiya heç kimə heç nə borclu deyil”.
Minval.info “Haqqin.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edən rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.
Ekspertin sözlərinə görə, Moskvada nə düşündüklərini demək çətindir.
“Lakin sözsüz ki, qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə cəlb olunmaq istəmir. Nəyə görə Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən daha çox etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim heç kimi müdafiə etməyə hazırlaşmır, çünki bu, heç kimə lazım deyil. Bu, gələcəkdə də belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizə nail ola biləcək, eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya məsələlərini həll də edəcək”, – deyə ekspert qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi