Rusiya Azərbaycan pomidorunu geri qaytardı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu ilin noyabr ayının əvvəlindən Azərbaycan və İrandan “Viaduk” müvəqqəti saxlanc anbarına və Dərbənd dəmiryol stansiyasına daxil olan 3 3481,4 ton meyvə-tərəvəzə baxış keçirib.
Minval.info “Rosselxoznadzor”a istinadən xəbər verir ki, karantin fitosanitar nəzarəti zamanı təhlükəli obyektlərlə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.
Qadağan edilənlər arasında Azərbaycandan pomidor (50,3 ton), həmçinin İrandan gələn gül kələmi (32,7 ton) və kahı (13,2 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.
Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub. Mallar ixrac edən ölkələrə qaytarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir